Yaponiyada atom elektrik stansiyasında təhlükəli vəziyyət qeydə alınıb
Yaponiyada atom elektrik stansiyasında təhlükəli vəziyyət qeydə alınıb
13 Yanvar 2020 18:32 DünyaYaponiyada "İkata" Atom Elektrik Stansiyasında (AES) qeyri-standart vəziyyət yaşanıb.
AZƏRTAC xəbər verir ki, "İkata"nın dayandırılmış üçüncü blokunda yanacaq qutularını onları reaktorda saxlayan yuxarı hissə ilə birlikdə çıxaran zaman 48 tənzimləyici kasetdən biri də təsadüfən qaldırılıb.
Baş vermiş hadisədən sonra ətrafa radiasiya yayılması və ya hər hansı təsir qeydə alınmayıb. Bu, plutonium və MOX (Mixed-Oxide fuel) uran qarışığı yanacağının ilk dəfə reaktordan çıxarılması təcrübəsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31