Pərviz Müşərrəfin ölüm hökmü ləğv edildi
Pərviz Müşərrəfin ölüm hökmü ləğv edildi
13 Yanvar 2020 17:27 DünyaPakistan Ali Məhkəməsi barəsində edam qərarı çıxardığı sabiq prezident Pərviz Müşərrəf haqqında yeni qərar verib.
Məhkəmə ötən ay qəbul etdiyi edam qərarını geri çəkib.
Qeyd edək ki, P.Müşərrəf 1999-cu ildə çevrilişlə prezident vəzifəsinə gəlmiş, 2008-ci ilə qədər Pakistanı idarə etmişdi. O vətənə xəyanətdə ittiham olunurdu.
Müşərrəfin işi haqqında bu gün keçirilən məhkəmə iclasında edam qərarının konstitusiyaya zidd olduğu, onun ədalətli ittiham edilmədiyi və edam qərarının qanunlara uyğun olmadığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31