İran çalxalanır - Xamenei hər an istefaya gedə bilər
İran çalxalanır - Xamenei hər an istefaya gedə bilər
13 Yanvar 2020 16:42 Dünyaİranda Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən raketlə vurulması və 176 nəfərin həlak olmasından sonra baş qaldıran etiraz aksiyaları şiddətlə davam edir.

İki gündürküçələrə axışan xalq hökuməti istefaya çağırır. Etirazçılar ölkənin dini lideri Əli Xamenei daxil olmaqla, faciənin bütün səbəbkarlarının istefa verməsi və məsuliyyətə cəlb olunmasını istəyir.

Ölkədə fəaliyyət göstərən bütün qəzetlər qara kağızlarla dərc olunub. "İran" adlı bir qəzetin qəzada ölənlərin adlarını manşetdə paylaşması gündəm yaradıb.

Qeyd edək ki, İranda son olaraq ötən ilin noyabr ayında benzinin bahalaşmasından sonra bu çapda etiraz aksiyaları baş qaldırmışdı.