Türkiyə və Rusiya nümayəndə heyəti Moskvada bir araya gəldi

Türkiyə və Rusiya nümayəndə heyəti Moskvada bir araya gəldi

Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu və Türkiyənin müdafiə naziri Hulusi Akar Liviya mövzusunda Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya müdafiə naziri Sergey Şoygu ilə görüşüb. İclasda Liviyada sülhün və sabitliyin bərpa olunması üçün səylərin artırılması bardə məsləhətləşmələr keçiriləcək.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin yanvarın 8-də Liviyada hər kəsə atəşkəsə əməl olunması mesajını vermişdi. Atəşkəs rejiminə əməl olunması razılaşdırıldıqdan sonra yanvarın 12-də qüvvəyə minib.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31