İslamı qəbul etmiş NATO diplomatı vəfat etdi
İslamı qəbul etmiş NATO diplomatı vəfat etdi
13 Yanvar 2020 15:02 DünyaMüsəlman dinini qəbul etmiş sabiq diplomat vəfat edib.
Almaniyada müsəlman toplumunun önəmli şəxslərindən hesab edilən Murad Vilfreid Hofman uzun müddət müalicə aldıqdan sonra vəfat edib.
Katolik ailədə dünyaya göz açan Hofman Münix Univrsitetinin hüquq fakultəsini bitirib. Daha sonra ABŞ-da Harvard Universittində təhsilini davam etdirib. 1961-ci ildə Almaniya Xarici İşlər Nazirliyində işə başlayan Hofman 33 il diplomatic xidmətdə olub, Almaniyanın NATO-dakı səfiri kimi çalışıb.
1989-cı ildə o, islam dinini qəbul edib. Bundan sonra Murad adını götürən Hofman müsəlman kimliyi ilə Almaniyanın müsəlman dünyasına yazdığı kitablarla dəstək verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31