Bəy toy günü başından güllələndi

Bəy toy günü başından güllələndi

Türkiyənin Şanlıurfa şəhərinin Birəcik rayonunda keçirilən toy mərasimində qonaqlardan biri havaya atəş açarkən bəyi yaralayıb.

Olaylar.az xəbər verir ki, silahlı insident nəticəsində 25 yaşlı Mehmet Yılmaz başından güllə yarası alıb. Bəy təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib. 

M. Yılmazın vəziyyətinin ağır olduğu bildirilir. Polis toyda atəş açan şəxsin müəyyən edilməsi istiqamətində araşdırma aparır. 

Azvision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31