Məktəblər və yüzlərlə kəndin yolu bağlandı - GÜCLÜ QAR
13 Yanvar 2020 12:26 DünyaTürkiyənin Van və Hakkari vilayətlərində güclü qarın yağması orta məktəblərdə dərslərin dayandırılmasına səbəb olub.Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, güclü qar səbəbindən 6 yaşayış məntəqəsində məktəblər bağlanıb.Van vilayətində qar 359 kəndə gediş-gəlişi çətinləşdirib.Qeyd edək ki, yanvarın 9-da Karabük, Karaman və Konya vilayətlərində qar səbəbi ilə əlaqədar məktəblər bağlanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31