Dortmundda xəstəxana yaxınlığında iki bomba aşkarlanıb
Dortmundda xəstəxana yaxınlığında iki bomba aşkarlanıb
13 Yanvar 2020 12:01 DünyaAlmaniyanın Dortmund şəhərində xəstəxana yaxınlığında II Dünya Müharibəsindən qalmış 2 bomba aşkarlanıb.
Mərmilərin zərərsizləşdirilməsi üçün 14 min nəfər xəstəxanadan təxliyə edilərək, müvəqqəti olaraq yaxınlıqdakı məktəbə yerləşdirilib.
ABŞ və İngiltərə istehsalı olan bombaların çəkisinin 250 kiloqram olduğu açıqlanıb.
Hadisə ilə əlaqədar şəhərin dəmir yolu stansiyasının fəaliyyəti müvəqqəti bağlanıb. Saatlarla davam edən əməliyyatdan sonra hər iki bomba zərərsizləşdirilib.
Mütəxəssislər II Dünya Müharibəsi illərində müttəfiqlər tərəfindən atılan minlərlə bombanın hələ də Almaniya ərazisində qaldığını düşünürlər.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31