Dubay aeroportu su altında qaldı
Dubay aeroportu su altında qaldı –
13 Yanvar 2020 11:56 DünyaGüclü leysan səbəbindən Dubayın Beynəlxalq hava limanının uçuş-enmə zolağını su basıb. Hava limanının administrasiyası 22 reysin təxirə salındığını bildirib.
Aeroporta gedən yollarda böyük tıxaclar yaranıb. Dubay rəhbərliyi sərnişinləri vaxtından əvvəl hava limanına gəlib reys haqqında məlumat əldə etməyə çağırıb. Təyyarələrin əksəriyyəti qonşu Əl-Maktum hava limanında enməyə məcbur olublar.
Qeyd edək ki, Dubay hava limanı BƏƏ-nin və bütün Fars körfəzi regionunun ən iri aeroportu sayılır.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31