Su anbarı qurudu- Nazir istefa verdi
Su anbarı qurudu- Nazir istefa verdi
13 Yanvar 2020 11:49 DünyaBolqarıstanda Studena su anbarı quruyub. Ölkənin Ekologiya və Təbii Sərvətlər naziri istefa verib.
Əvvəlcə heç bir məsuliyyət daşımadığını deyən, daha sonra yaşanan su böhranı səbəbindən istefa verən nazir Neno Dimov həbs edilib.
Bolqarıstanın Pernik şəhərindəki Studena Su anbarında suyun səviyyəsinin aşağı düşməsilə 100 mindən çox insan susuz qalıb. Baş nazir Boyko Borisov nazir Neno Dimovun istefasını qəbul edib.
Həbs edilən nazirin istintaqını Pernik regional prokurorluğu aparır. Prokurorluq Ekologiya və Təbii Sərvətlər naziri Neno Dimov və Regional İnkişaf və İctimai işlər nazirinin əmlakın idarə edilməsinə kifayət qədər əhəmiyyət verməməsinə qərar verilib.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31