Trampdan ŞOK ETİRAF: Süleymani qətlinin ƏSL SƏBƏBİ BUDUR

İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" Xüsusi Təyinatlı Qüvvələrinin Komandanı Qasım Süleymani Yaxın Şərqdə 4 ABŞ səfirliyinə hücum etməyi planlaşdırıb.

Publika.az xəbər verir ki, bu iddia "Foks Nyuz"da qonaq olan ABŞ prezidenti Donald Tramp tərəfindən səsləndirilib.

Prezident bildirib ki, Süleymani ABŞ-a qarşı təhlükə yaratdığı üçün öldürülüb.

Qeyd edək ki, Süleymani ABŞ qüvvələri tərəfindən İraqın paytaxtı Bağdadda öldürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31