Britaniyanın İcmalar Palatası Brexit sazişini təsdiqlədi

Britaniyanın İcmalar Palatası Brexit sazişini təsdiqlədi

İngiltərə Parlamentinin İcmalar Palatası Birləşmiş Krallığın Avropa İttifaqından (Aİ) çıxmasına dair razılaşmanı təsdiqləyib.

Qanun layihəsi Lordlar Palatası tərəfindən təsdiqlənərsə, İngiltərə yanvarın 31-də Aİ-ni tərk edəcəkdir.

330 deputat razılaşmanın lehinə, 321 əleyhinə səs verib. Sənəd baxılması üçün yuxarı palataya təqdim olunub, bundan sonra kraliçanın razılığı alınmalıdır.

Brexit-dən sonra 2020-ci ilin sonuna qədər davam edəcək keçid dövrü başlayacaq.

XeberOxu.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31