HDP Diyarbəkir təşkilatının binası qarşısında etiraz aksiyası keçirən nənə nəvəsinə qovuşub

HDP Diyarbəkir təşkilatının binası qarşısında etiraz aksiyası keçirən nənə nəvəsinə qovuşub

HDP Diyarbəkir təşkilatının binası qarşısında dağa qaçırılan övladları üçün etiraz aksiyası keçirən daha bir ailə polisin həyata keçirdiyi əməliyyat nəticəsində övladına qovuşub.

Olaylar.az bildirir ki, Türkiyə Baş Polis İdarəsinin əməkdaşlarının əməliyyatı nəticəsində terror təşkilatının 5 üzvü Şırnakın Habur sərhəd məntəqəsindəki təhlükəsizlik qüvvələrinə təslim olub.

Təslim olanlardan birinin HDP Diyarbəkir təşkilatının binası qarşısında etiraz aksiyası keçirən Halime Kadranın nəvəsi İbrahim Xəlil Kadra olduğu açıqlanıb.

5 il əvvəl Diyarbəkirdən dağa qaçırılan yetim və kimsəsiz olan yaxını üçün etiraz aksiyası keçirən Halime Kadra adlı nənə təhlükəsizlik qüvvələrinin əməliyyatı ilə təslim olan İbrahim Xəlil Kadrana qovuşmasının sevincini yaşayıb.

Halimə nənənin nəvəsi İbrahim Xəlil Kadranın PKK terror təşkilatından qaçmasına razı salınması prosesində mütəmadi olaraq polis əməkdaşları ilə birlikdə əlaqə saxladığı bildirilib.

Qeyd edək ki, Diyarbəkirli anaların etiraz aksiyasının 130-cu günündə yaxınlarına qovuşan ailələrin sayı 4-ə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31