Bu ildən kosmosa səyahət edə bilərsiniz: Cəmi 250 min dollara...
Bu ildən kosmosa səyahət edə bilərsiniz: Cəmi 250 min dollara...
10 Yanvar 2020 14:56 DünyaBu ildən etibarən məşhur "Virgin Calactic" şirkəti kosmosa müntəzəm və kütləvi turist uçuşları təşkil edəcək.
Uçuşların cari ilin ortalarından etibarən reallaşmasınəzərdə tutulur. Artıq indidən 3557 bildiriş aldığını bidlirən şirkət, uçuşqiymətinin 250 min dollar olduğunu qeyd edib.
Şirkət vasitəsi iləkosmosa səyahət edəcək hər kəs səfərdən öncə "Astronavt Təlim Proqramı"ndan keçəcəkvə səfər üçün zəruri olan məlumatlar əldə edəcək.
Xatırladaq ki, kosmosaturist səfərləri yaxın gələcəyin ən mühüm və perspektivli iqtisadi layihələrindənbiri hesab edilir. Bu səbəblə də ABŞ-ın ardınca bir sıra ölkələr kosmosa turistsəfərinə imkan verən kosmik gəmilərin hazırlanmasına start verib. Yaxın gələcəkdəkosmosa turist yola salmaq arzusunda olan dövlətlərdən biri də Azərbaycanınşimal qonşusu Rusiyadır. Artıq bu məqsədlə Rusiyada kosmik gəminin inşasınastart verildiyi bildirilir.
Onu da qeyd edək ki, hələ ötən ilin fevralında "Virgin Calactic" şirkəti bir sərnişinin sınaq məqsədi iləkosmosa səfərini təşkil edib.
Moderator.az