Daha bir ölkə donanmasını Yaxın Şərqə göndərir
Daha bir ölkə donanmasını Yaxın Şərqə göndərir
10 Yanvar 2020 14:37 DünyaYaponiya məlumat toplamaq məqsədilə öz esmines və təyyarələrini Oman körfəzi və Ərəbistan dənizinin şimalına göndərir.
Bu barədə Yaponiyanın Müdafiə naziri Kono Taro jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, "Nakamiti" esminesi fevralın 2-də Yaponiya sahillərini tərk edəcək və ayın ortalarından adıçəkilən ərazilərdə patrul xidmətinə başlayacaq.
"Yaxın Şərqdə gərginlik artır. Yapon gəmilərinin təhlükəsizliyini təmin etmək üçün məlumat toplanmasını dərhal sürətləndirmək lazımdır", - Kono bildirib.
Nazir qeyd edib ki, əməliyyatda Yaponiya özünümüdafiə qüvvələrinin 260 hərbi qulluqçusu iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31