Bu dəfə Dardanel boğazında gəmilər toqquşdu – Sərnişinlər təxliyyə edildi
Bu dəfə Dardanel boğazında gəmilər toqquşdu – Sərnişinlər təxliyyə edildi
10 Yanvar 2020 14:06 DünyaTürkiyədə Dardanel boğazında sərnişin bərəsi 26 metr uzunluğunda balıqçı gəmisi ilə toqquşub.
Olaylar.az türk mediasına istinadən bildirir ki, bərədə və balıqçı gəmisində olan sərnişinlər və heyət üzvləri təxliyə edilib.
Qeyd edək ki, bu, gün ərzində baş verən ikinci gəmi qəzasıdır. Belə ki, səhər saatlarında Türkiyədə Bosfor boğazında Rusiya bayrağı altında üzən tanker balıqçı gəmisi ilə toqquşub.
Hadisə nəticəsində balıqçı gəmisinin heyət üzvündən 3 nəfəri itkin düşüb, 3 nəfər isə həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31