ABŞ F-35B qırıcı təyyarəsini Sinqapura satmağa razılıq verib
ABŞ F-35B qırıcı təyyarəsini Sinqapura satmağa razılıq verib
10 Yanvar 2020 13:38 DünyaABŞ Xarici İşlər Nazirliyi Sinqapura xarici hərbi satışlar çərçivəsində 2 milyard 750 milyon dollar dəyərində 12 F-35B (STOVL) tipli qırıcı təyyarənin və əlaqədar avadanlıqların satışına icazə verilməsinə razılıq verib. Bu barədə ABŞ Müdafiə, Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının açıqlamasında bildirilir. Satışda təyyarənin yanında 1 ehtiyat F-35 mühərriki, təyyarənin elektron döyüş sistemləri, komanda nəzarət kompüterlərinin də olması diqqət çəkib.
Konqres satış əməliyyatına başlamaq üçün 30 gün ərzində verilən qərara etiraz etməməlidir.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31