“Ukrayna təyyarəsinin raketlə vurulması...” – Zelenski

“Ukrayna təyyarəsinin raketlə vurulması...” – Zelenski

Ukraynaya məxsus "Boeing 737" təyyarəsinin İranda raketlə vurulması versiyası istisna edilmir, lakin təsdiqlənmir.

Bu bəyanatla Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.

"Təyyarənin raketlə vurulması versiyası istisna edilmir, lakin bu gün bu versiya təsdiqlənmir", - deyə o "Telegram-kanal"ında yazıb.

Dövlət başçısı ABŞ, Kanada və Böyük Britaniyanı təyyarə qəzası ilə bağlı malik olduqları sübutları istintaq komissiyasına təqdim etməyə çağırıb.

Bundan əlavə, o, Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo ilə baş vermiş hadisə barədə söhbət etdiyini açıqlayıb.

Bundan əvvəl Kanadanın Baş naziri Castin Trüdo Ottavanın təyyarənin İranın "yer-hava" raketi ilə vurulduğunu göstərən kəşfiyyat məlumatlarının olduğunu açıqlayıb.

Yanvarın 8-də "Boeing-737" təyyarəsi Tehran hava limanından çıxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Nəticədə 176 nəfər həlak olub.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31