Yanğın təhlükəsi: Səfirliklər paytaxtdan çıxır
Yanğın təhlükəsi: Səfirliklər paytaxtdan çıxır
10 Yanvar 2020 11:46 DünyaAvstraliyada güclü yanğın təhlükəsi və hava çirklənməsi səbəbindən paytaxt Kanberradakı diplomatik nümayəndəliklər öz işlərini dayandırıblar.
Macarıstan səfirliyi hava çirkliliyi səbəbindən müvəqqəti olaraq bağlanıb və bütün müraciətlərin Sidney və Melburnda yerləşən konsulluqlara edilməsi bildirilib.
İsrail səfirliyi də analoji qərarı vermək niyyətindədir. Estoniya səfirliyi isə fəaliyyətini Sidneydə davam etdirməyə qərar verib.
Bir müddət əvvəl İrlandiya və İtaliya da eyni səbəbdən səfirliklərinin işlərini dayandırmışdılar.
Kanberra Ticarət Palatasının icraçı direktoru Maykl Şaper səfirliklərlə yanaşı, bəzi hökumət institutlarının da şəhəri tərk etdiyini bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31