Separatçı lideri istefaya getməkdən imtina etdi
Separatçı lideri istefaya getməkdən imtina etdi
10 Yanvar 2020 11:22 DünyaQondarma Abxaziyanın lideri Raul Hacimba istefaya getməyəcək.
Bunu Hacimbanın administrasiyasının rəhbərinin müavini Dmitri Şamba deyib. O, situasiyadan çıxış yolunun danışıqlarda olduğunu bildirib.
Qeyd edək ki, bundan öncə Abxaziyada genişmiqyaslı etiraz aksiyaları başlayıb. Nəticədə Prezident Administrasiyası etirazçıların hücumuna məruz qalıb. Digər tərəfdən Abxaziya parlamenti dövlət başçısının istefaya getməsini tələb edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31