Balıqçı qayığı tankerlə toqquşdu
Balıqçı qayığı tankerlə toqquşdu
10 Yanvar 2020 10:49 DünyaQara dənizin Rumeli bölgəsində balıqçı qayığı ilə yük tankeri toqquşub.
Olaylar.az xəbər verir ki, qayıqda olan 6 balıqçıdan 3-ü xilas edilib.
Digər 3-nün axtarışları aparılır.
Hadisə sahildən 20-25 km məsafədə baş verib. İlkin məlumata görə, tanker Rusiya bayrağı altında üzən və kimyəvi maddələr daşıyan 140 metrlik "Glard-2" olub.
Toqquşmadan sonra "Dursun Ali Coşkun" adlı balıqçı qayığı batıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31