Çin tarixində ilk: Xarici şirkətlər neft axtaracaq
Çin tarixində ilk: Xarici şirkətlər neft axtaracaq
9 Yanvar 2020 17:09 DünyaÇin ilk dəfə xarici şirkətlərə müstəqil şəkildə ölkədə neft və qaz hasilatı, eləcə də kəşfiyyat aparmağa izn verib.
Bu məlumatı Çin Təbii Sərvətlər Nazirliyi yayıb. Məlumata görə, icazə 1 may 2020-ci ildən Çində qeydiyyatdan keçən xarici şirkətlərə aid ediləcək. Bu şirkətlərin aktivlərinin 43 milyon dollardan az olmaması gərəkdiyi vurğulanıb.
İcazənin 5 il müddətinə veriləcəyi bildirilib.
Qeyd edək ki, Çin bundan öncə xarici şirkətlərə yalnız yerli şirkətlərlə birgə müəssisə halında kəşfiyyat və hasilat işləri aparmağa izn verirdi.
XEZERXEBER.AZ
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31