Papa olmaq asan deyilmiş – Öpüş qadağası aradan qalxdı

Papa olmaq asan deyilmiş – Öpüş qadağası aradan qalxdı

Yeni il gecəsində əlini tutan qadına qarşı kobudluq edən və bununla müzakirələrə səbəb olan katoliklərin mənəvi lideri Papa Fransis səhvini düzəltmək qərarına gəlib.

Bu günlərdə keçirilən mərasimlərdən birində rahibələrdən biri Papanı öpmək istəyib. Papa isə cavabında deyib ki, buna razıdır, amma bir şərtlə ki, rahibə onu dişləməsin: "Dişləməyəcəyinizə söz verirsinizmi?" Qadın söz verəndən sonra Papa onun yanağından öpüb.

Xatırladaq ki, Yeni il gecəsində bir qadının əlini tutaraq, bir müddət buraxmaması Fransisi əsəbləşdirib və o, qadının əlinə vurub. Bu hərəkəti böyük reaksiyaya səbəb olan Papa üzr istəyib.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31