İmamoğlu aparıcıya “birdənəm” dedi və… - Foto

İmamoğlu aparıcıya “birdənəm” dedi və… - Foto

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəmİmamoğlu Habertürk TV-də qonaq olub.

Nagehan Alçının aparıcılıq etdiyi verilişdə Əkrəm İmamoğlu "Kanal İstanbul" layihəsi ilə bağlı sualları cavablandırıb.

Aparıcının "Siz bu layihənin maliyyəsinə etiraz edirsiniz?" sualına Əkrəm İmamoğlu "Nagehan, birdənəm, etmə!" deməsi Tvitterdə gündəm olub.

Şəbəkə izləyiciləri videonu paylaşaraq "Dilek İmamoğlu görməsin" kimi şərhlər yazaraq Əkrəm İmamoğlunun həyat yoldaşına ismarış göndəriblər.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31