İmicini dəyişən baş nazir ulduza çevrildi

İmicini dəyişən baş nazir ulduza çevrildi

Kanadanın Baş naziri Castin Tryudo sosial şəbəkələrin ulduzuna çevrilib.

Buna səbəb onun öz imicini kəskin dəyişməsidir. Qış tətilindən sonra C.Tryudo ictimaiyyət qarşısına saqqallı görkəmdə çıxıb. Castin Tryudonun "İnstaqram"da səliqəli işlənmiş saqqalı şəklinə "Bizə saqqal haqqında cavablar lazımdır" mövzusunda onlarla rəy yazılıb. Kanadada "Twitter"də #trudeaubeard həştaqi minlərlə trendə çevrilib. Tryudo əvvəllər müxalifətdə olanda da saqqal, hətta bığ saxlayıb. Eyni zamanda, onun ofisi, Baş nazirin yeni görünüşünü qorumaq niyyətində olub-olmadığı barədə mətbuatdan gələn sorğulara hələ cavab verməyib.

Bu məsələyə münasibətdə kanadalılar iki düşərgəyə bölünüb. Bir tərəf hesab edir ki, saqqal baş naziri daha maraqlı və kişiyana göstərir. Əks düşərgənin fikrincə, yarı boz rəngli saqqal ona yaraşmır. Kanadalı jurnalist və şərhçi Şivan Qovani qeyd edir ki, Custin Tryudonun bu imici ilə 1979-cu ildə müxalifətdə olduğu zaman saqqal saxlamış atası Piyer Tryudeni xatırladır.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31