Estoniya Prezidenti Rusiya səfirliyinin hədiyyəsini geri qaytardı
Estoniya Prezidenti Rusiya səfirliyinin hədiyyəsini geri qaytardı
9 Yanvar 2020 16:09 DünyaEstoniya Prezidenti Kresti Kalyulayd ona Rusiya Federasiyasının ölkədəki səfirliyi tərəfindən hədiyyə göndərilən şərabdan imtina edib. Bu barədə "Eesti Eskpress" nəşri xəbər verib.
Portalın yazdığına görə, dilpomatik nümayəndəlik ölkə liderinin 50 illik yubileyi münasibətilə ona gül, şokolad və bir şüşə şərab göndərib. Lakin şərabı Kalyulayd geri qaytarıb.
Rusiya səfirliyində Estoniya liderinin hədiyyədən imtinasını hələ şərh etməyiblər.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31