İran-İraq sərhədində zəlzələ oldu

İran-İraq sərhədində zəlzələ oldu

İranın qərbində yerləşən Kirmanşah vilayətinin Qəsre-Şirin şəhərinin 23 kilometrliyində və İraqın Xanaqin şəhərinin 43 kilometrliyində 4,3 bal gücündə zəlzələ olub.

Bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 14:22-də 10 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında 5,9 bal gücündə zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb./Trend/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31