Suriyanın şimalında Türkiyənin 4 hərbçisi həlak olub

Suriyanın şimalında Türkiyənin 4 hərbçisi həlak olub

Suriyanın Əl Bəsri şəhərində ötən gün bombalı avtomobilin partladılması nəticəsində 4 türkiyəli hərbçi həlak olub.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada hadisənin "Barış pınarı" əməliyyatı bölgəsində yolda nəzarət tədbiri zamanı baş verdiyi bildirilir.

"Bizi dərin acı və qəmə qərq edən bu hadisədə dünyasını dəyişən əziz şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və nəcib millətimizə başsağlığı verir və səbr diləyirik", - açıqlamada deyilir.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31