Yapon bankları əməkdaşlarını İrandan çıxarır
Yapon bankları əməkdaşlarını İrandan çıxarır
9 Yanvar 2020 12:31 DünyaYaponiyanın böyük bankları "Mitsubishi UFJ Financial Group", "Sumitomo Mitsui Financial Group" və "Mizuho Financial Group" Yaponiya vətəndaşlığı olan şəxslərə Tehranı tərk etmək barədə tapşırıq verib.
Bu barədə məlumatı NHK televiziyası yayıb.
Məlumata görə, qərar Yaxın Şərqdəki vəziyyətin pisləşməsi ucbatından qəbul edilib.
Bu bankların əməkdaşlarından İranla qonşu ölkələrə səfərlərdən imtina etmələri də tələb edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31