Almaniya höküməti İranı qınadı
Almaniya höküməti İranı qınadı
8 Yanvar 2020 15:48 DünyaAlmaniya hökuməti İranın ABŞ-ın İraqdakı bazalarına hücumunu sərt şəkildə qınayıb. Xristian Demokratik İttifaqının sədri Annegret Kramp-Karrenbauer səhər proqramların birində, Almaniya hökuməti adından bu təcavüzü qəti şəkildə rədd edirəm deyib və vəziyyəti sakitləşdirmək əlindən gələni etməyə hazır olduqlarını qeyd edib.
Bildirək ki, Annegert Kramp-Karrenbauer hücumlarda heç bir Alman əsgərinin yaralanmadığını və bütün gecə ABŞ Müdafiə Nazirliyi ilə təmasda olduqlarını bildirib.
Almaniyanın Xarici İşlər naziri Heiko Maas İranın İraqdakı hərbi bazalarına, o cümlədən, koalisiya qüvvələrinə raket hücumunu pisləyib. İranı gərginiyi daha da artıra biləcək hər hansı addımı atmaqdan çəkindirməyə çağıran Maas vəziyyəti sakitləşdirmək üçün bütün tərəflərlə əlaqə saxladığını söyləyib.
Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi İranın ABŞ qoşunlarının yerləşdiyi İraqdakı Əsəd və Ərbil bazalarına qarşı 12-dən çox ballistik raket hücum etdiyini diqqətə çatdırıb.
sia.az