Rusiya aviaşirkətlərinə İran və İraqla bağlı xəbərdarlıq

Rusiya aviaşirkətlərinə İran və İraqla bağlı xəbərdarlıq

Federal Hava Nəqliyyat Agentliyi Rusiya aviaşirkətlərinə İraq və İran, habelə Fars və Oman körfəzləri üzərində hava məkanlarından istifadə etməməyi tövsiyə edib. Bu barədə idarənin teleqramında deyilir.

Teleqramın mətnində növbəti xəbərdarlığa qədər Federal Hava Nəqliyyat Agentliyi İran, İraq, Fars və Oman körfəzləri ərazilərinin hava məkanından istifadə etməməyi tövsiyə öz əksini tapır.

Xatırladaq ki, ABŞ-ın yanvarın 3-nə keçən gecə Bağdad hava limanı ərazisinə zərbəsi endirdikdən sonra İran ətrafında vəziyyət kəskin şəkildə gərginləşib. Bu hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Quds xüsusi təyinatlı komandiri general Kassem Suleimani öldürülüb. Buna cavab olaraq, yanvarın 8-də İran İraqdakı iki Amerikan hərbi bazasına kütləvi raket hücumu edib.

Bundan əlavə, yanvarın 8-də Tehran hava limanında Ukrayna sərnişin təyyarəsi qəzaya uğrayıb. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 180 nəfər ölüb. İranın Fars agentliyinə görə, faciəyə səbəb texniki nasazlıq da ola bilər.

sia.az

İran və ABŞ təyyarələri HAVAYA QALDIRILDI - Qırıcılar QARŞI-QARŞIYA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31