İrandan şok tələb: ABŞ bu hücuma cavab verməsə... - Video

İrandan şok tələb: ABŞ bu hücuma cavab verməsə... - Video

Əgər ABŞ İranın İraqa endirilən bugünkü zərbələrinə cavab verməsə, İran bundan sonra ABŞ obyektlərinə zərbə endirməyəcək.

Bu məlumatı "NBC Nyus" televiziyası yayıb.

"İran deyir ki, əgər ABŞ iki raket hücumuna cavab verməsə, o hücumları dayandıracaq. Əgər ABŞ tərəfindən cavab olsa, İran regiondakı bütün ABŞ bazalarına hücum edəcək", - deyə televiziya bildirib.

Qeyd edək ki, bu gecə SEPAH-ın ABŞ-ın İraqdakı bazasına endirdiyi zərbə nəticəsində Pentaqonun təyyarəsi məhv edilib. Eyn əl-Əsəd bazasında 80 amerikalının öldüyü, 200 nəfərin yaralandığı da bildirilir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31