Parlament binasının yaxınlığında GÜCLÜ PARTLAYIŞ: ölənlər və yaralananlar var

Somalinin paytaxtı Moqadişuda parlament binası yaxınlığında terror aktı olub.

Publika.az xəbər verir ki, partlayıcı quraşdırılmış avtomobilin məhv edilməsi nəticəsində çox sayda insan ölüb və yaralanıb.

Zərərçəkənlərin sayı haqqında dəqiq məlumat verilməyib.

Hücumun məsuliyyətini hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31