Təyyarə qəzasında ölənlərin sayı açıqlanıb - AÇIQLAMA

Təyyarə qəzasında ölənlərin sayı açıqlanıb - AÇIQLAMA

"Ukrayna Beynəlxalq Hava Yolları"-na məxsus təyyarənin qəzaya uğraması nəticəsində 167 nəfər həlak olub. İranın Azərbaycandakı səfirliyindən SİA-ya verilən açıqlamada bildirilib ki, həlak olan 135 nəfərin əkəsiyyəti iranlı tələbələr olub.

Ölənlərdən 32 nəfəri isə xarici ölkə vətəndaşlarıdır. Hazırda həlak olanlar arasında Azərbaycan vətəndaşı olub-olmadığı barədə məlumat yoxdur.

Xatırladaq ki, "Ukrayna Beynəlxalq Hava Yolları"-na məxsus "Boeing-737" təyyarəsində 167 sərnişin və 9 nəfər ekipaj üzvü olub. Təyyarə Tehran aeroportundan havaya qalxdıqdan sonra qəzaya uğrayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31