Zelenskidən 180 nəfərin öldüyü təyyarə qəzasına REAKSİYA

Zelenskidən 180 nəfərin öldüyü təyyarə qəzasına REAKSİYA

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Hava Yollarına aid "Boeing 737" tipli sərnişin təyyarəsinin İranda qəzaya uğraması ilə bağlı danışıb.

Olaylar.az  xəbər verir ki, prezident qəza zamanı ölənlərin yaxınlarına başsağlığı verib.

Zelenski qəza xəbərinə "Yaxın Şərqdə qorxunc xəbər" sözlərini deməklə kifayətlənib. O bildirib ki, səfirlik ölənlərin siyahısını dəqiqləşdirir.

Prezident hadisə ilə bağlı Omana səfərini dayandıraraq Kiyevə qayıdıb.

İlkin məlumata görə, Kiyevə getmək üçün havaya qalxan təyyarədə olan 170 sərnişin və 10 ekipaj üzvünün hamısı həlak olub.

"Əl-Hadath" nəşrinin iddiasına görə, təyyarə Tehranın zenit raket kompleksləri tərəfindən təsadüfən vurulub.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31