İranın raket hücumu zamanı azı 80 amerikalı hərbçi öldü - SEPAH

İranın İslam İnqilabı Keşikçilər Korpusu SEPAH-ın İraqın Eynül-Əsəd bazasına hücumunda azı 80 amerikalı hərbçi həlak olub. Trend  xəbər verir ki, bunu SEPAH-ın məlumatlı rəsmisi Fars informasiya agentliyinə açıqlamasında deyib.Məlumatlı hərbçi bildirib ki, dəqiq məlumatlara əsasən, təxminən 200 nəfər yaralanıb.İranlı hərbçi yaralıların vertolyotla dərhal bazadan aparıldığını deyiblər.İranlı hərbçinin sözlərinə görə, Eynül-Əsəd bazası ABŞ üçün strateji obyekt idi və bu bazadan PUA-lara dəstək verilirdi."Bazada 20 həssas məkana 15 ədəd raket atılıb. Çoxlu sayda PUA və helikopter məhv edilib".

SEPAH hərbçsi deyib ki, bölgədə ABŞ-ın 104 həssas məkanı müəyyənləşdirilib. ABŞ tərəfindən hər hansı ilk hücuma cavab olaraq məhv ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31