SON DƏQİQƏ: İranda dəhşətli təyyarə qəzası, 180 nəfərin hamısı öldü - ANBAAN VİDEO/FOTO (YENİLƏNİR)
8 Yanvar 2020 09:29 Dünyaİranda Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğrması nəticəsində göyərtədəki insanların hamısı həyatını itirib.
Bu barədə İran dövlət televiziyası məlumat verib.
"Göyərtədə olan 170 sərnişin və 10 heyət üzvünün hamısı həyatını itirib" - deyə açıqlamada bildirilir.
İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi IRINN-ə verdiyi açıqlamada bildirib ki, hazırda sərnişinlərin meyitləri toplanmaqdadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31