İstanbulda əsən güclü külək 108 tikilinin dam örtüyünün uçmasına səbəb olub
İstanbulda əsən güclü külək 108 tikilinin dam örtüyünün uçmasına səbəb olub
7 Yanvar 2020 16:11 DünyaTürkiyə ərazisində iki gündür davam edən əlverişsiz hava şəraiti ölkənin bir çox şəhərlərində olduğu kimi, İstanbulda da fəsadlar törədib.
Bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsindən bildirilib.
Məlumata əsasən, şəhərdə əsən güclü külək və leysan yağışlarının yağması səbəbindən 108 tikilinin dam örtüyü uçub, 128 ağac kökündən çıxıb və 3 binanın istinad divarı çöküb. Bəzi gəmi səfərləri və təyyarə uçuşları təxirə salınıb.
Şəhərin 61 nöqtəsində yaranan gölməçələr nəqliyyatın işində çətinliklər yaradıb.
Hidrometeoroloqlar şəhərdə hökm sürən əlverişsiz hava şəraitinin bir neçə gün daha davam edəcəyini bildirirlər.
XeberOxu.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31