Avstraliyadakı yanğının dumanı Cənubi Amerikaya çatdı
Avstraliyadakı yanğının dumanı Cənubi Amerikaya çatdı
7 Yanvar 2020 14:44 DünyaAvstraliyada hökm sürən meşə yanğınlarının tüstüsü Çili və Argentinaya çatıb.
Olaylar.az xəbər verir ki, bu barədə Çili Meteoroloji Xidməti Tvitterdə məlumat yayıb.
Mütəxəssislər peyk vasitəsilə çəkilmiş fotoşəkilləri də təqdim ediblər.
Qeyd edək ki, ötən ilin oktyabrından etibarən Avstraliyanın şərq sahillərini iri miqyaslı yanğınlar bürüyüb. Nəticədə 6,5 milyon hektar meşə, 2000 yaxın yaşayış evi və 3000 inzibati və təsərrüfat tikilisi məhv olub. 2019-cu ilin fevralından etibarən yanğınlarda 25 nəfər, o cümlədən üç yanğınsöndürən həlak olub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31