Tutuquşu polisə zəng vurub, kömək istədi - VİDEO
Tutuquşu polisə zəng vurub, kömək istədi - VİDEO
7 Yanvar 2020 14:13 DünyaABŞ-ın Florida ştatında qadın qonşuluqdakı tutuquşuna kömək məqsədilə polisə zəng vurub. Palm-Biç rayonunun sakini quşun dəfələrlə "buraxın məni" dediyini eşidib.
Polis hadisə yerinə gəlib. Ev sahibinin həyətdə avtomobilini təmir etdiyini görüb. İçəri daxil olanda isə tutuquşunun qaydasında olduqlarını görüblər. Ev sahibi bildirib ki, Rembo çoxdandır bu ifadəni öyrənib. Tutuquşu hər imkan düşdükcə kimisə köməyə çağırır.
Keçən ilin noyabrında Niderlandın Utrext şəhərində tutuquşu sahibi ilə oğurluğa getmişdi. Hər ikisini hadisə yerində yaxalamışdılar. Sonradan qəfəs olmadığına görə tutuquşunu sahibi ilə eyni kameraya yerləşdirmişdilər.
Bizimyol.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31