"Parker Solar Probe" Günəş orbitində 4-cü dövrəyə hazırlaşır
"Parker Solar Probe" Günəş orbitində 4-cü dövrəyə hazırlaşır
28 Dekabr 2019 13:03 DünyaABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) Günəşə ən yaxın olan texnoloji cisim hesab edilən "Parker Solar Probe" peyki ikinci dəfə Veneraya ən yaxın məsafədən keçib.
Olaylar.az türk mediasına istinadən bildirir ki, bu barədə NASA məlumat verib.
Günəş sistemini tədqiq edən süni peyk dördüncü dövrəyə başlamaq üçün cazibə qüvvəsi manevrini apararaq Veneraya təxminən 3000 km məsafədən keçib.
"Parker Solar Probe" peyki 7 il ərzində Günəşin orbitində 24 dövr vuracaq.
Peyk Günəş orbitində 4-cü dövrəyə 29 yanvar 2020-ci ildə başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31