8 ölkə gələn ildən vahid valyutaya keçəcək

8 ölkə gələn ildən vahid valyutaya keçəcək

Qərbi Afrika İqtisadi və Valyuta Birliyinin (UEMOA) səkkiz ölkəsi, 2020-dən etibarən CFA frankından imtina edib vahid valyutaya (eko) keçəcək.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu barədə Kot-d'İvuar prezidenti Alassan Uattara Fransa prezidenti Emmanuel Makron ilə Abidjanda keçirilən konfransda məlumat verib.

Məlumata görə, səkkiz Afrika ölkəsi Mərkəzi Bank və Fransa xəzinəsi ilə texniki əlaqələri kəsir, yeni valyuta yerli strukturlar tərəfindən tənzimlənəcək.

Yeni valyuta Benin, Burkina-Faso, Qvineya-Bisau, Mali, Nigeriya, Seneqal, Toqo və Kot-d'İvuarda istifadə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31