Yupiterdə səthaltı okean var – Yeni nəzəriyyə

Yupiterdə səthaltı okean var – Yeni nəzəriyyə

Yupiterin "Avropa" peykinin atmosferində su buxarı var.

Olaylar.az bildirir ki, NASA-nın "Goddard" Kosmik Uçuş Mərkəzinin alimləri Havay adalarındakı rəsədxanada apardıqları müşahidələrin nəticələrini "Nature Astronomy" jurnalında dərc ediblər.

İtalyan astronomu Lukas Paqanininin rəhbərlik etdiyi tədqiqat qrupu 2016-2017-ci illərdə peykin atmosferində su buxarının izlərinin tapıldığını bildiriblər.

Alimlər hesab edirlər ki, su buxarının mövcudluğu planetdə maye halında suyun olmasına dair ehtimalları artırır. Tapıntı həm də peykin buzlaq qabığının aşağı hissəsində səthaltı okeanın ola biləcəyinə dair nəzəriyyəyə uyğundur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31