“Çernobıl” serialı “Emmi” mükafatına layiq görüldü

“Çernobıl” serialı “Emmi” mükafatına layiq görüldü

Los-Anceles şəhərində 71-ci "Emmi" mükafatının təqdimetmə mərasimi keçirilib.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, HBO telekanalının çəkdiyi beş hissəli "Çernobıl" serialı "Ən yaxşı mini-serial" kateqoriyasında "Emmi" mükafatına layiq görülüb.
Mükafatı alan serialın yaradıcısı Kreyq Meyzin serialın insanlara yalanın təhlükəsini dərk etməyə kömək edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, serial Çernobıl AES-dəki qəzaya həsr olunub.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31