Rusiyada siqaret çəkənlərin maaşı azaldılacaq
18 Avqust 2019 10:57 DünyaRusiya Səhiyyə Nazirliyi iş yerində siqaret çəkən şəxslərin məvacibinin aşağı salınmasını təklif edib.Bu barədə Rusiya KİV-də məlumat yayılıb. Yeni proqrama görə, vətəndaşlar iş vaxtı siqaret çəkərsə, cərimə olaraq maaşlarından kəsilə bilər.Bundan başqa şirkətlərə ərazilərində siqaret çəkməyi qadağan etmək, əvəzində idman hərəkətləri etmək üçün zonalar yaratmaq təklif olunub.Səhiyyə Nazirliyi bu addımlarla ölkə ərazisində siqaret çəkənlərin sayını azaltmaq niyyətindədir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31