19 yaşlı qız təqvimdə gün işarələyib, özünü asdı - FOTO
19 yaşlı qız təqvimdə gün işarələyib, özünü asdı - FOTO
24 İyul 2019 12:15 Dünya19 yaşlı qızın intiharı ilə bağlı məhkəmə prosesi keçirilib.
Olaylar.az milli.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində 19 yaşlı Alicia Sidebotham-ın intihar etdiyi dəqiqləşib.
Alicia Sidebotham adlı qızın cəsədi Mançester şəhərində meşəlik ərazidə tapılıb. O, özünü asaraq öldürüb.
Manchester Evening News yazır ki, o, özünü öldürməzdən əvvəl 1 ay müddətində dəfələrlə bədəninə xəsarət yetirib.
Hətta qız özünü öldürməkdə o qədər qərarlı olub ki, intihar edəcəyi günü əvvəlcədən təqvimdə işarələyib. Alicia intihardan əvvəl valideynlərinə məktub da yazıb.
Qızın psixoloji problemlərinin olduğu deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31