Almaniyada təyyarə ticarət mərkəzinə düşdü - Ölənlər var

Almaniyada təyyarə ticarət mərkəzinin binasına düşüb.

Hadisə ölkənin cənub-qərbində, Baden-Vyurtemberqdə qeydə alınıb. Qəza zamanı 3 nəfər həlak olub. Onlar 56, 57 və 77 yaşlı şəxslərdir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qəza ilə bağlı təhqiqat aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31