İyunun 14-də mənzillərin açıq hərracı keçiriləcək - ŞOK QİYMƏT
5 İyun 2019 08:37 DünyaEstoniyanın Koxtla-Yarve şəhərində iyunun 14-də mənzillərin açıq hərracı keçiriləcək.
Publika.az xəbər verir ki, bu haqda "Postimees" onlayn-nəşri bildirib.
Hərraca 50 avro start qiyməti ilə müxtəlif rayonlarda 39 mənzil qoyulub. Onlardan 22 boşdur, 17-də isə kirayəçilər yaşayırlar.
Nəşrin yazdığına görə, söhbət sahibləri ölən mənzillərdən gedir. Ölən şəxslərin ya varisləri yoxdur, ya da varislər onlara çatan mülklə maraqlanmırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31