8 yaşlı uşaq hovuzda boğuldu - ailə şoka düşdü - FOTO

Türkiyənin Balıkesir şəhərinə tətil üçün gələn ailənin 8 yaşlı uşağı hovuzda boğulub. 8 yaşlı Berkay Kaya böyüklər üçün nəzərdə tutulan hovuza girib.

 

Türkiyənin Balıkesir şəhərinə tətil üçün gələn ailənin 8 yaşlı uşağı hovuzda boğulub.

8 yaşlı Berkay Kaya böyüklər üçün nəzərdə tutulan hovuza girib.

Hadisə ananın nəzarətindən kənarda baş verib. Ana 4 yaşlı qızının təmizliyi üçün oteldəki otağına qalxıb. 8 yaşlı oğlu Berkay Kaya isə böyüklər üçün olan hovuza girib. Üzməyi bacarmayan Berkay suyun içərisində çırpınmağa başlayıb. Bunu görən insanlar uşağı dərhal sudan çıxarıb.

Hadisədən xəbər tutan Kaya cütlüyü tez hovuz olan yerə qaçıb. Çoxlu miqdarda su udan Berkay Kaya təcili yardımla xəstəxanaya çatdırılıb. Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb. Övladlarının dünyasını dəyişdiyini eşidən cütlük şok keçirib.

A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31