Trampın tərəfdarlarını öldürəcəyi ilə hədələyən şəxs həbs edilib
ABŞ-ın Nyu-York ştatında polis prezident Donald Trampın tərəfdarlarını öldürəcəyi ilə hədələyən 75 yaşlı şəxsi həbs edib.
8 İyul 2018 10:53 DünyaABŞ-ın Nyu-York ştatında polis prezident Donald Trampın tərəfdarlarını öldürəcəyi ilə hədələyən 75 yaşlı şəxsi həbs edib.
Bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, Martin Astrof şəxsi evinin yanında, Neskonset şəhərində saxlanılıb. Təqaüdçü Trampın tərəfdarlarını təhdid edib, həmçinin respublikaçı Li Zeldini aşağılayıb.
Astrof Saffolk dairəsində konqresmenlərdən birinin qərargahının əməkdaşları ilə dava edib, sonra isə avtomobillə Trampın tərəfdarlarını vurmaq istəyib. Təqaüdçü terror xarakteri təhdid törətməsində, həmçinin təhlükəli rəftarda ittiham edilir. O, məhkəməyə qədər həbsdə olacaq.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31